Dünən gecə Eurovision oldu. Bütün Avropalı dostlarım bu yarışma haqqında deyirlər ki "sevsəndə sevməsəndə buna baxmalısan". Çox maraqlı bir fenomendir. Populyar mədəniyyətin (popular culture) həyatımızda nə qədər böyük rol oynadığının göstəricisidir. Təbii ki, populyar mədəniyyət və milliyyətçiliyin birləşdiyi bir yarışmadır bu. Yadımdadı, Sertap Erener Eurovision yarışmasını qazananda İstanbul hava limanında möhtəşəm bir qarşılanma təşkil olundu, Sərtapı pərəstişkarları əllərinin üstünə götürdulər, atıb-tutdular. Sərtap bir fateh kimi təqdim olunurdu, Türk millətinin gücünün rəmzinə çevrilmişdi. İnanıram ki, başqa Şərqi Avropa və keçmiş Sovet ölkələrində də bu tip yarışmalar eyni dərəcəsə emosiyalarla, vətənpərvırlik hissləri ilə müşahidə olunur.
Dünən Bakının hər yerində hamı Arash və Aysel haqqında danışdı. Mən də danışdım. Həm də sevindim ki uşaqlar bizim adımızı yüksəltdilər.
Eyni zamanda dünən dostlarımla Eurovisionu izləyərkən nədənsə Samuel Huntinqtonun (bəli bu həmin ziddiyətli sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi Samuel müəllimdir) söylədiyi bir fikir yadıma düşdü. Huntington 50-60-ci illərdə dünya siyasət elmində müasirləşmə və demokratikləşmə arasında müsbət əlaqə olduğunu qeyd edən siyasət alimlərini tənqid edərək deyirdi ki, əslində inkişaf edən ölkələrdə sosial müasirləşmənin bəzi elementlərinin olmağı heç də demokratikləşməyə gətirmir. Tam əksinə, belə ölkələrdə sosial müasirlik demokratikləşmənin əleyhinə işləyir. Yaxşı bəs sosial müasirlik (social modernity) nədir? Çox kobudcasına bölsək cəmiyyətləri iki kateqoriyaya bölmək olar: müasir (modern) və müasirə qədər (pre-modern) və ya ənənəvi (traditional). Müasir cəmiyyətləri xarakterizə edən əsas faktorlardan bəziləri bunlardır: sənayeləşmiş kapitalist iqtisadiyyat, demokratik siyasi təşkilat, iqtisadi siniflərə bölünmə və dünyəvi (secular) mədəniyyət. Ənənəvi cəmiyyətlər kənd təsərrüfatı üzərində qurulmuş, aristokratik/monarxik hakimiyyət, ailə/klan üzərində qurulan münasibətlər və dini mədəniyyətdən ibarətdir. Yəni, Huntingtonun demek istədiyi odur ki bəzi az inkişaf etmiş ölkələrdə modern görüntü əslində insanları demokratik düşüncələrdən uzaq tutur. İnsanlar daha çox yeni maddi mədəniyyətin verdiyi töhfələrdən yararlanaraq və bəhrələnərək daha dərin dəyərlər haqqında düşünmür. Nəticədə müasir görünən cəmiyyət əslində mənəvi dəyərlər və mütərəqqi düşüncələrdən uzaqlaşır. Buna təhsil və məlumatın məhdud olmağını da əlavə etsək məsələnin nə qədər ciddi olduğunu görərik.
Məqsədim heç kimin kefinə soğan doğramaq və ya heç kimin nailiyyətinə kölgə salmaq deyil, sadəcə bütün mütərəqqi insanları daha dərin və daha geniş düşünməyə dəvət etməkdir. Ətrafımızda gördüyümüz əşyalar, mədəniyyət və yanaşmalar müasir görünsə də, mahiyyət etibarı ilə olduqca ənənəvidir və cılız düşüncəyə hesablanır. Hər gün cafe latte içdiyimiz kafeler, sürdüyümüz Alman maşınları, rahat şəraitdə işlədiyimiz iş yerləri və qazandığımız pula səfər etdiyimiz gözəl və sakit ölkələr bizi bir cəmiyyət və dövlət olaraq müasirləşdirmir.
Yadıma prezident İlham Əliyevin bu yaxınlarda Brüsseldə dostum Xədicə İsmayılovanın sualına verdiyi cavab düşdü. Təxminən belə səslənirdi "Əvvəlcə yoxsulluğu aradan qaldıraq sonra demokratiya özü gələcək". Burada Huntington müəllimin xəbərdarlığı məncə tam yerinə düşür. İqtisadi və siyasi gəlişməni bir birindən ayırmaq olmaz, onlar əl-ələ getməlidir. Bəlkə də bəzi şeylər Norveçdəki kimi olmalıdı.
Norveç nağılı dünən birinci yerə çıxdı. Norveç doğrudan da Aleksandr Rıbakın dediyi kimi aşiq olunası bir nağıldır. Bu nağıl neftin gücü və demokratiyanı bir araya gətirən bir nağıldır.
Hamınıza bu nağıla aşiq olmağı arzulayıram!!!
Subscribe to:
Post Comments (Atom)
supwr Roshka. teesufki hele de bizde inkisaf, modernlesme, demokratiklesme ve kasibciligin azaldilmasini bir sey kimi gorurler. Bunlar hamisi bir birile elaqelidir but correlation is different from causation.
ReplyDeleteOlkede heqiqi demokratik ve plural institutlari qorumag ve guclendirmek yerine modern tuketici mahiyyetini (consumerism) modernism kimi teqdim edirler.
Ilham Eliyev goresen bir misal vere biler mi, hansi olke indiye qeder good governance olmadan inkisaf edib, leave alone democracy, etc.
Tural
LSE ;)