Monday, May 18, 2009

Müsavatçı gənclər piketə hazırlaşırlar


Müsavatçı gənclər piketə hazırlaşırlar

"Polis gəncləri qorusun!"

QayNar: Müsavat Partiyasının Gənclər Təşkilatı (GT) son vaxtlar gənclərə qarşı baş verən zorakılıqlara etiraz olaraq mayın 23-ü saat 13:00-dan saat 13:30-a kimi Daxil İşlər Nazirliyi (DİN) önündə aksiya keçirmək istəyir. Bu barədə Müsavat partiyasından Turana bildiriblər. Piket təşkilatçıları Bakı meriyasına xəbərdarlıq məktubu ünvanlayıblar. Təşkilatçılar aksiyanın son vaxtlar gənclərə və xüsusilə də, müsavatçı gənclərə qarşı başlanan zorakılıq kampaniyasına, polisin isə bu təqib kampaniyasına münasibətdə fəaliyyətsizliyinə etiraz olaraq keçirəcəklərini bildirirlər.
Məktubda aksiyada 50 nəfərin iştirak edəcəyi və piketin “Təhlükəsizliyimiz təmin olunsun!”, “Polis gəncləri qorusun!”, “Siyasi təqiblərə son qoyulsun!” şüarları altında keçiriləcəyi qeyd olunur.
Qeyd edək ki, ADNA-da baş verən terror olaylarıyla bağlı anım mərasiminin keçirilməsini tələb edən bir qrup Müsavatçı gənc polis tərəfindən saxlanılmışdır. Məhkəmənin qərarıyla onları 3 sutka azadlıqdan məhrum etmişdirlər. // Natiq Kamal, QayNar


No comments:

Post a Comment